Openwave Nərimanov Hakatonu
Rayon idarəçiliyinin real problemi üçün 48 saatda 15 MVP.

- Rolumuz
- Həmtəşkilatçı
- Tarix
- 29.05–31.05.2026
- Məkan
- Azərbaycan İnnovasiya Mərkəzi, Bakı
- Format
- Açıq hakaton, 48 saat
- Xidmət
- Hakaton
Çağırış
Nərimanov Rayon İcra Hakimiyyəti ərazidəki problemləri əl ilə izləyirdi. Məqsəd bu dövrün rəqəmsal həllini tapmaq idi: problemin aşkarlanması, qeydiyyatı, prioritetləşdirilməsi, yönləndirilməsi və statusun izlənməsi. Hakaton İRİA-nın Openwave Açıq İnnovasiya Proqramının ilk mərhələsi idi.
Yanaşma
Qeydiyyat kampaniyasını Tedroid və sosial kanallarda apardıq, müraciətlərdən 15 komanda seçildi. AİM-də 48 saatlıq yarış, mentor sessiyaları və Grand Final keçirildi; dörd mentor komandalarla işlədi. Jüri altı meyarla qiymətləndirdi: problem, işlək prototip, innovasiya, UX/UI, tətbiq imkanı və təqdimat. Brendinq, foto-video və yayım komandamızın üzərində idi.
Nəticə
Bütün 15 komanda MVP təqdim etdi. Qaliblər: Digi Solution (5 000 AZN), ExaMinds (3 000 AZN), Conflict (2 000 AZN). Mükafatlandırma 12 iyunda keçirildi.
Birgə təşkilatçılar və sponsorlar
Birgə təşkilatçılar: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Nərimanov Rayon İcra Hakimiyyəti. Sponsorlar: Gold Residence, Avrora, Tamstore, Premium Residence, Bakı Bağları. Media tərəfdaşı: Tedroid.
Qalereya







